Bayramda "Bakmil" iş günləri qrafiki üzrə çalışacaq

Bayramda "Bakmil" iş günləri qrafiki üzrə çalışacaq
# 27 may 2022 17:15 (UTC +04:00)

Mayın 28-29-u Bakı metropoliteninin "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkəti iş günləri cədvəli üzrə həyata keçiriləcək.

"APA" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir.

“Qeyd olunan günlərdə metropolitendə qatarlar adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə hərəkət edəcəyindən bu istiqamətlər üzrə iş günləri cədvəli qüvvədə olacaq”, - məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR