Beynəlxalq Astronavtika Konqresinin müsabiqəsinin müddəti uzadılıb

Beynəlxalq Astronavtika Konqresinin müsabiqəsinin müddəti uzadılıb
# 02 mart 2023 17:48 (UTC +04:00)

“Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası tərəfindən keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin elm müsabiqəsində iştirak etmək üçün müddət martın 10-a qədər uzadıldı.

"APA-Economics" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqə iştirakçılara elmi iş və ya məqalələrini 2-6 oktyabrda Bakı şəhərində təşkil olunacaq kosmik sahənin ən böyük tədbirində Beynəlxalq Astronavtika Konqresində təqdim etmək fürsətini verir.

Məqalə üzrə hazırlanmış xülasənin (abstrakt) təqdim olunması üçün son tarix 10 mart 2023-cü ildir.

Müəllif Beynəlxalq Astronavtika Federasiyasının saytında qeydiyyatdan keçdikdən sonra hesab yaradıb aidiyyəti bölmə üzrə məqalənin xülasə hissəsini yükləyə bilər. Müsabiqədə iştirak qaydaları, məqalənin qəbul olunması və strukturun əsas meyarları haqqında keçiddən istifadə edərək öyrənə bilərsiniz.

Beynəlxalq Astronavtika Konqresi haqqında ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR