Beynəlxalq təşkilatların nümayəndəliklərində radiotezliklərdən istifadə qaydası açıqlanıb

Beynəlxalq təşkilatların nümayəndəliklərində radiotezliklərdən istifadə qaydası açıqlanıb
# 19 may 2022 18:40 (UTC +04:00)

Artıq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərində istifadə olunacaq radiorabitə vasitələri üçün radiotezliklər Xarici İşlər Nazirliyinin müraciətinə əsasən Radiotezlik zolaqları Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən ayrılacaq.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərində, diplomatik konsulluqlarında, nümayəndəliklərində istifadə olunacaq radiorabitə vasitələri üçün radiotezliklər Xarici İşlər Nazirliyinin müraciətinə əsasən Komissiya tərəfindən ayrılırdı və avadanlığın qeydiyyatı, sənədləşdirilməsi və istismarına nəzarət Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən XİN-in vasitəçiliyi ilə aparılırdı. Beləliklə, bu siyahıya Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR