Biləsuvarda qazla bağlı problemlər aydınlaşdırılacaq

Biləsuvarda qazla bağlı problemlər aydınlaşdırılacaq
# 04 may 2022 16:17 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Biləsuvar rayonunda təşkil olunacaq.

"Azəriqaz"dan “APA-Economics”ə verilən məlumata görə, İB-nin rəhbər şəxsləri Biləsuvar rayonu, S. Vurğun küçəsində (İncəsənət məktəbinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” mayın 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR