Binəqədidə avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb

Binəqədidə avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb
# 04 oktyabr 2019 10:06 (UTC +04:00)

Bakının Binəqədi rayonunda avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, dünən gecə saatlarında “Azəriqaz”ın 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığı və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR