Bir il sonra dağılan Yardımlı-Abbasabad yoluyla bağlı yoxlama aparılacaq

Bir il sonra dağılan Yardımlı-Abbasabad yoluyla bağlı yoxlama aparılacaq
# 26 aprel 2022 13:12 (UTC +04:00)

“Uzunluğu təxminən 5 km olan Yardımlı-Abbasabad yolunun tikintisinə dövlət başçısı tərəfindən təxminən 6 milyon manat vəsait ayırmışdı”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

Deputat bildirib ki, 1 il keçdi, o yol dağıldı: “Hesablama Palatası bildirmişdi ki, bəzi tədbirlər görəcək. O yoldan insanlar tez-tez istifadə edir”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, həmin məsələ ilə bağlı hələ cari ildə nəzarət tədbiri başlamayıb: “Təqribən bu ilin 3-cü rübünün sonuna Yardımlı-Abbasabad yolu ilə bağlı kənar dövlət nəzarəti tədbirinin yekunları ilə bağlı Milli Məclisə rəy təqdim ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR