"Bir Pəncərə" Mərkəzilə qeyri-neft ixracı sentyabrda 18%-dən çox artıb

"Bir Pəncərə" Mərkəzilə qeyri-neft ixracı sentyabrda 18%-dən çox artıb
# 30 sentyabr 2022 11:47 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 189,9 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,5 mln. dollar və ya 12,7% artıb.

Bu ilin avqust ayı ilə müqayisədə isə sentyabrda ixracın dəyəri 3,8 mln. dollar və ya 18,2% azalaraq 24,7 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR