Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq

Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq
  • Clock-gray 09:48
  • calendar-gray 16 Sentyabr 2019

Sentyabrın 16-da səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date