Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya elektron kommunikasiya sistemi yaradıb

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya elektron kommunikasiya sistemi yaradıb
# 11 oktyabr 2019 15:45 (UTC +04:00)

“Biznes mühiti sahəsində yaranan praktiki məsələlərin vahid Dövlət-Biznes Dialoqu Platforması çərçivəsində həm dövlət qurumları, həm özəl sektor nümayəndələri, həm də biznes assosiasiyalarının iştirakı ilə müzakirə olunması və bu sahədə həll yollarının birgə işlənilməsi hazırkı mərhələdə çox mühüm əhəmiyyət kəsb edir”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının katibliyinin rəhbəri Vüsal Şıxəliyev Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) “Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda Bakıda keçirilən tədbirdə bildirib.

V. Şıxəliyev deyib ki, Platforma üzrə hazırlanan təkmilləşmə layihələri və təkliflər gələcəkdə uğurla tətbiq olunmaqla yanaşı, bütün tərəflərin maraqlarının nəzərə alınmasına imkan verir: “Biznes nümayəndələrinin həm qanunvericilik, həm də inzibatçılıq üzrə təkmilləşmə layihələrinin hazırlanmasında bilavasitə və yaxından iştirak etməsi həm onların təkliflərinin vaxtında nəzərə alınmasına, həm də qeyd olunan layihələrin qəbuluna qabaqcadan hazırlıqların görülməsinə, həm də onlar tərəfindən biznes prosesinin proqnozlaşdırılmasına geniş imkanlar yaradır. Bu məqsədlə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya daxilində investisiya mühitinin təkmilləşdirilməsində maraqlı olan bütün tərəflərin rahatlıqla istifadə edə biləcəyi elektron kommunikasiya sistemi yaradılıb. Bu sistemin biznes islahatlarının hazırlanması, əlaqələndirilməsi və həyata keçirilməsi prosesinin institusionallaşdırılması və rəqəmsallaşdırılması, biznes islahatlarının hazırlanması və kommunikasiya prosesinə biznes nümayəndələri, beynəlxalq və yerli ekspertlər Dövlət-Biznes Dialoqu Platforması çərçivəsində daimi və bərabərhüquqlu üzvlər kimi cəlb olunması kimi bir sıra üstün cəhətləri var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR