BNA: 49 yol və prospektdə xüsusi avtobus zolaqlarının yaradılması təklifi verilib

BNA: 49 yol və prospektdə xüsusi avtobus zolaqlarının yaradılması təklifi verilib
# 06 dekabr 2022 12:45 (UTC +04:00)

Hazırda Bakıda tıxacların və sərnişin avtobusu gecikmələrinin aradan qaldırılmasında yeganə xilas yolu xüsusi zolaqların yaradılmasıdır.

"APA-Economics" xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda Bakıda iki əsas ictimai nəqliyyatdan istifadə olunur - avtobus və metro nəqliyyatı. Metronun əhatə dairəsi məhdud olduğundan, avtobusların üzərinə yük düşür.

Mayis Ağayev əlavə edib ki, bu şəraitdə xilas yolu xüsusi avtobus zolaqlarının yaradılmasıdır və 49 yol və prospektdə onların yaradılması ilə bağlı təkliflər verilib.

"Xırdalandan Bakı şəhəri istiqamətində xüsusi avtobus zolağı çəkilə bilər. Tramvay və trolleybusların olmasını da təqdir edirik. Bildiyimizə görə, şəhərin baş planında bu məsələ var idi. Lakin uzun müddətə reallaşacaq plana aiddir”, - deyə Mayıs Ağayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR