Böyük Qayıdış çərçivəsində tikilən yollar üzrə vəziyyət açıqlanıb

Böyük Qayıdış çərçivəsində tikilən yollar üzrə vəziyyət açıqlanıb
# 01 mart 2023 12:10 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-ci ildə ümumi uzunluğu 2241,5 km təşkil edən 18 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib.

AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə Tədbirlər Planında, AAYDA tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Bu layihələrdən uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 km təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 km, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.

Tədbirlər Planına uyğun olaraq layihələrdən 12-nin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

2023-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),

2. Bərdə-Ağdam avtomobil yolu ( 44,5 km, 4 hərəkət zolaqlı),

3. Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),

4. Qubadlı-Eyvazlı avtomobil yolu (28,5 km, 2 hərəkət zolaqlı),

5. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km, 2 hərəkət zolaqlı),

6. Horadiz-Tuğ-Azıx mağarası avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),

7. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70,4 km, 4 hərəkət zolaqlı),

8. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39,7km, 4 hərəkət zolaqlı),

9. Ağdam-Füzuli avtomobil yolu (64,8 km, 4 hərəkət zolaqlı),

10. Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu (45 km, 2 hərəkət zolaqlı),

11. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (112 km) İran İslam respublikası ilə bağlantısı və Araz çayı üzərində körpülərin tikintisi

12. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (1182,7 km, 2 hərəkət zolaqlı).

2024-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Əhmədbəyli - Füzuli – Şuşa avtomobil yolu (81,6 km, 4 hərəkət zolaqlı),

2. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri

2025-ci ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123,9 km, 4-6 hərəkət zolaqlı ),

2. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81,6 km, 2-4 hərəkət zolaqlı),

3. Kəlbəcər-Laçın avtomobil yolu (76,3 km, 2-4 hərəkət zolaqlı).

2026-cı ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Ağdam şəhərinin daxili yollarının tikintisi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR