Bu il Azərbaycanda 500-ə yaxın müəssisə özəlləşdirilib

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 16 iyul 2022 00:23 (UTC +04:00)

Bu ilin ilk altı ayında ölkə üzrə 500-ə yaxın müəssisə və obyekt, dövlət mülkiyyətində olan 150-yə yaxın torpaq sahəsi özəlləşdirilib.

"APA-Economics" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, özəlləşdirməyə açılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisələrinin investisiyalara cəlb edilməklə özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

"İnvestisiya müsabiqələri nəticəsində özəlləşdirilən “Azərtütün” və “Şəki Şərab” MMC üzrə investorlar tərəfindən dövlət büdcəsinə 8,3 mln. manat məbləğində vəsait artıq köçürülüb. Bağlanan müqavilələrə əsasən, 12,7 mln. manatdan artıq sərmayə qoyuluşunu nəzərdə tutan investisiya proqramlarının icrası çərçivəsində artıq 7,5 mln. manata yaxın məbləğdə investisiya qoyulub, 350 iş yeri yaradılıb, müəssisələrin fəaliyyəti tam bərpa olunub", - dəyə nazir qeyd edib.

O həmçinin əlavə edib ki, "Gəncə xalça kombinatı”nın öz profili üzrə fəaliyyətinin dirçəldilməsi və inkişafı ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi məqsədilə hazırlıq işləri gedir və yekun mərhələdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR