Bu il Azərbaycanda taksidən 10 milyondan çox sərnişin istifadə edib

Bu il Azərbaycanda taksidən 10 milyondan çox sərnişin istifadə edib
# 17 mart 2023 12:42 (UTC +04:00)

Cari ilin yanvar-fevral ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 19 mln. ton yük, 236,6 mln. sərnişin daşınıb.

"APA-Economics" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 2.9% və 21,4% artım qeydə alınıb.

Qeyd edək ki, sərnişinlərin 95,5%-i avtobus, 4,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 23.1% artıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR