Bu il mobil operatorların gəlirləri 8%-dən çox artıb

Bu il mobil operatorların gəlirləri 8%-dən çox artıb
# 17 mart 2023 13:31 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 20.7% artaraq 459,3 milyon manat təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 71,2%-i əhali tərəfindən istehlak olunub.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 37.8%-i və ya 173.7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR