Bu ilin sonunadək Azərbaycanla Türkiyə arasında e-imzaların qarşılıqlı tanınması təmin olunacaq

Bu ilin sonunadək Azərbaycanla Türkiyə arasında e-imzaların qarşılıqlı tanınması təmin olunacaq
# 17 sentyabr 2019 16:03 (UTC +04:00)

Bu ilin sonunadək Azərbaycan və Türkiyə arasında elektron imzaların (e-imza) qarşılıqlı tanınması təmin olunacağı gözlənilir.

Bunu "APA-Economics"ə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavininin sözlərinə görə, bu istiqamətdə layihənin son elementləri işlənilir.

"Görülən işlərin nəticəsi olaraq düşünürük ki, bu layihəni Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrdə də genişləndirək. Qeyd edim ki, Şuraya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir", - deyə E. Vəlizadə bildirib.

Nazir müavini əlavə edib ki, paralel olaraq elektron imzanın qarşılıqlı tanınmasına dair danışıqlar Belarus və Ukrayna ilə də aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR