Budapeştdə “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı davam edir

Budapeştdə “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı davam edir
# 10 sentyabr 2019 18:45 (UTC +04:00)

Budapeştdə keçirilən“ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransıçərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin görüşü keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycanda təşkil ediləcək Zirvə Toplantısından öncə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan rəsmiləri İKT sahəsində hazırkı vəziyyəti müzakirə ediblər.

Eyni zamanda, İKT-nin müvafiq istiqamətləri üzrə gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Sentyabrın 12-dək davam edəcək beynəlxalq tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.

Sərgidə ölkə Milli Pavilyonla iştirak edir. Pavilyonda Azərbaycanda İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR