Bulud əsaslı e-imza “Azərişıq” sisteminə inteqrasiya olunub

Bulud əsaslı e-imza “Azərişıq” sisteminə inteqrasiya olunub
# 27 iyul 2022 10:46 (UTC +04:00)

Bulud əsaslı yeni nəsil rəqəmsal imza SİMA, “Azərişıq” ASC-nin sisteminə inteqrasiya olunub.

"APA-Economics" xəbər verir ki, SİMA ilə “ASAN Login” sistemi üzərindən “eGov” Elektron Hökumət və ya e-service.azerishiq.az portalına daxil olan vətəndaşlar “Azərişıq”ın “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.

Abonentlərə olduğu məkanı tərk etmədən “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA vasitəsilə təsdiqləmək imkanı yaradılıb.

Tətbiq edilən bu rəqəmsal transformasiya ilə abonentlər vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən bu xidmətlərdən yararlana bilərlər.

Növbəti mərhələdə isə əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji alqı-satqı müqaviləsinin SİMA ilə təsdiqi mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR