“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilir

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilir
# 29 iyun 2019 10:18 (UTC +04:00)

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilir.

“Azərkosmos” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayından etibarən elan edilən müsabiqədə ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib.

Final mərhələsinə 11 universitetdən 13 komanda vəsiqə qazanıb. Finalçılar hazırladıqları 350 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib. Hündürlüyü 120 santimetr, çəkisi 1000 qram və 100 Ns dartı qüvvəsinə malik olan daşıyıcı raketlər “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində yerləşən start məntəqəsində 300 metr yüksəkliyə qədər qaldırılıb. Səmaya buraxılan raketlərdən ayrılan peyk modelləri vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya ötürülüb və ərazinin hündürlüyünü, temperaturunu və təzyiqini müəyyən etmək mümkün olub.
Bu gün komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR