Cəbrayılda kəhrizlərin bərpası istiqamətində layihə icra olunur - VİDEO

Cəbrayılda kəhrizlərin bərpası istiqamətində layihə icra olunur - VİDEO
# 31 may 2023 14:39 (UTC +04:00)

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.

APA xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən bərpa layihəsi çərçivəsində kənd ərazisində yerləşən 6 kəhrizin bərpası nəzərdə tutulub.

Layihə kəhrizlərin bərpası sahəsində təcrübəyə malik Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə şəkildə icra edilir.

Qeyd edək ki, müxtəlif mənbələrə əsasən, işğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub. Əhali suya olan tələbatlarını məhz kəhrizlər vasitəsilə ödəyiblər. Lakin işğal dövründə mədəni irsimiz sayılan kəhrizlər Ermənistan tərəfindən dağıdılıb, çirklənməyə məruz qalıb.

Hazırda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi Cəbrayılda yerləşən kəhrizlərin saylarının müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi və bərpası istiqamətində araşdırma işlərini davam etdirir.

Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu ilin may ayının 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR