"Cəfər Cabbarlı" metro stansiyasında yollardan biri təmirə dayandırılır - VİDEO - YENİLƏNİB

"Cəfər Cabbarlı" metro stansiyasında yollardan biri təmirə dayandırılır - VİDEO  - YENİLƏNİB
# 12 iyul 2021 15:03 (UTC +04:00)

Bakı metropoliteninin "Cəfər Cabbarlı" stansiyasında mərhələli işlər çərçivəsində bir yol təmirə dayandırılır.

Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, digər yolda təmirin əsas hissəsi başa çatıb və istifadəyə verilib.

"Bu gündən etibarən Bakı metropoliteninin "Cəfər Cabbarlı" stansiyasında təmir-yenidənqurma işlərinin növbəti mərhələsi başlayır. Bu mərhələ çərçivəsində stansiyanın bir yolu istismara verilib, digər yolunda isə təmir işlərinə başlanılır. Təmir işlərinin mərhələli şəkildə aparılması bu mənzildən sərnişinlərin rahat, təhlükəsiz istifadə etməsini təmin etmək məqsədilə həyatda keçirilir", - deyə B. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, təmir işləri çərçivəsində stansiyanın yol infrastrukturu tamamilə yenidən qurulur, ağac şpalların əvəzinə dəmir beton bloklar tətbiq olunur.

"Hazırda stansiyanın təmirə dayandırılacağı ikinci yolunun tikinti norma və qaydalarına uyğun olaraq qiymətləndirmə işləri tamamlanmaq üzrədir. Tikinti və təmir işlərinin aparılmasının ardıcıllığı müəyyən olunacaq", - deyə B. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR