Yaxın gələcəkdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin çəkilişinə başlanılacaq.
APA xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Səmərqənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının iclasında çıxışı zamanı deyib.
"Yaxın gələcəkdə biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinin praktiki icrasına başlamağı planlaşdırırıq. Bu layihə Transxəzər Nəqliyyat Marşrutunun dəmir yolu və avtomobil yollarını hissəsini tamamlayacaq, yüklərin Qərb ölkələrinə çatdırılmasını sürətləndirəcək", -deyə Qırğızıstan dövlət başçısı bildirib.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin çəkilişinə başlanılacaq

İnfrastruktur

Qarabağda icarəsinə icazə verilən torpaqların sahəsi açıqlanıb

“Azərpoçt” bütün şöbələrində Türkiyəyə yardım qəbuluna başlayıb

"Azercell"dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları - FOTO
