Çin səfiri: “Orta Dəhliz” üzrə bu il qatarların sayı yeni rekorda çatacaq

Çin səfiri: “Orta Dəhliz” üzrə bu il qatarların sayı yeni rekorda çatacaq
# 06 dekabr 2022 14:15 (UTC +04:00)

“Orta dəhliz” layihəsi Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür, regional əlaqələrin gücləndirilməsi, marşrut boyu sosial-iqtisadi inkişafın təşviqi və qlobal təchizat zəncirlərinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Bunu APA-ya müsahibəsində Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qo Min deyib.

“Orta Dəhliz” xüsusilə bu ildən etibarən dünyada yaranmış yeni vəziyyətin şərtləri daxilində, Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin sabit və fasiləsiz fəaliyyətinin təminatçısına çevrilib. Bu ilin yanvar-avqust aylarında “Orta Dəhliz” üzrə Çin-Avropa marşrutu ilə hərəkət edən qatarların sayı keçən illə müqayisədə 34 faiz artıb, Çinin bir neçə şəhərindən yeni marşrutlar açılıb. İlkin hesablamalara görə, 2022-ci il üçün qatarların sayı yeni rekorda çatacaq. İnanırıq ki, transsərhəd nəqliyyat əməkdaşlığı Çin-Azərbaycan əməkdaşlığında yeni parlaq səhifə açacaq və yüksəliş nöqtəsi olacaq”, - səfir qeyd edib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının dirçəlişinin aktuallığı fonunda Çin “Bir kəmər, bir yol” və “Orta Dəhliz” layihələrini birlikdə və yüksək keyfiyyətli bünövrə üzərində inkişaf etdirmək üçün “Orta Dəhliz” boyunca yerləşən ölkələrlə, o cümlədən Azərbaycanla mübadilə və əməkdaşlığı gücləndirməyə, nəqliyyat sahəsinin inkişaf etdirilməsi hesabına informasiya, kapital və insanların hərəkətini təşviq etməyə, marşrut boyunca ölkələrin və regionların inkişafına yeni təkan verməyə ümid edir: “Çin öz inkişaf imkanlarını Azərbaycan tərəfi ilə bölüşməyə və birlikdə daha yaxşı gələcək yaratmağa hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR