Azərbaycanda daşınmaz əmlaka dair texniki pasportların verilməsi xidməti elektronlaşdırılır

Azərbaycanda daşınmaz əmlaka dair texniki pasportların verilməsi xidməti elektronlaşdırılır
# 24 iyun 2019 17:35 (UTC +04:00)

Bu ilin sonunadək Azərbaycanda daşınmaz əmlaka dair texniki pasportların verilməsi xidməti elektronlaşdırılacaq. Bunu “APA-Economics”ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev deyib.

Onun sözlərinə görə, elektron xidmətlərə keçid Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri sayılır.

“Elektronlaşma sahəsində fəaliyyətimizi maksimal həddə çatdırılması gördüyümüz işlərin prioritetini təşkil edir. Gözlənilən elektron xidmətlərdən biri texniki pasportların təqdim edilməsidir ki, bu xidmət cari ilin sonunadək istifadəyə veriləcək. Ümumiyyətlə, elektron xidmətlərinin çeşidinin artırılması gözlənilir”, - deyə H. Mustafayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR