DB mütəxəssisi: ARDNF yaşıl sərmayələrə daha çox diqqət ayıra bilər

DB mütəxəssisi: ARDNF yaşıl sərmayələrə daha çox diqqət ayıra bilər
# 07 dekabr 2022 12:40 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondu yaşıl sərmayələrə daha çox diqqət ayıra bilər.

"APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya Dayanıqlı İnkişaf Departamentinin Ətraf Mühit, Təbii Sərvətlər və Mavi İqtisadiyyat üzrə baş mütəxəssisi Saşa Ayxberqer çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu sahənin sosial yükü çox yüksəkdir.

"Eyni zamanda yaşıl investisiyalara da diqqət yetirə bilər. Bir sıra ölkələrdə Səudiyyə Ərəbistanı və s. ölkələrdə, bu, özünü kifayət qədər doğrultmuş bir seçimdir. Yaşıl maliyyələşdirməyə gəlincə, dövlət sektoru müəyyən siyasətlər üzərində işləməlidir ki, özəl sektor üçün münbit şərait yaransın. Özəl sektor bu prosesə qoşulduqdan sonra bir çox yeni iş yerləri açılır. Faydaları çoxdur. Özəl sektor effektivliyi dəstəkləməkdə çox böyük rola malikdir" , - deyə DB mütəxəssisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR