Dəmir yolu ilə sərnişin daşınmaları kəskin artıb

Dəmir yolu ilə sərnişin daşınmaları kəskin artıb
# 15 sentyabr 2022 16:34 (UTC +04:00)

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2022-ci ilin yanvar-avqust aylarında 11,9 mln. ton yük, 2 883,6 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-avqust aylarında yük daşınmasında 23,3%, sərnişin daşınmasında isə 88,1 faiz artım müşahidə olunub.

“Orta hesabla sutkada 354 vaqon yüklənib, 376 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR