Dəmir yolu ilə sərnişin daşınması 88% artıb

Dəmir yolu ilə sərnişin daşınması 88% artıb
# 12 avqust 2022 17:48 (UTC +04:00)

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2022-ci ilin yanvar-iyul aylarında 10,2 mln. ton yük, 2489,1 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 21,3%, sərnişin daşınmasında isə 88,5% artım müşahidə olunub.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 320 vaqon yüklənilib, 369 vaqon isə boşaldılıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,4 min ton, Qərb istiqaməti üzrə 3,0 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR