Dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında reklam yerləşdirilməsinə dair qayda dəyişib

Dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında reklam yerləşdirilməsinə dair qayda dəyişib
# 03 iyul 2019 00:04 (UTC +04:00)

Nazirlər Kabineti "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən, indiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və “Reklam haqqında” qanununa uyğun olaraq reklamın yerləşdirilməsinə Dövlət Reklam Agentliyi tərəfindən icazə verilib.

Dəyişikliyə əsasən, dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və “Reklam haqqında” qanununa uyğun olaraq reklamın yerləşdirilməsinə Dövlət Reklam Agentliyi tərəfindən icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR