Dəniz nəqliyyatı ilə yükdaşımalar 32%-dən çox artıb

Dəniz nəqliyyatı ilə yükdaşımalar 32%-dən çox artıb
# 18 iyul 2022 14:55 (UTC +04:00)

Dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-iyun aylarında daşınan yüklərin həcmi 3709,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 32,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 42,5 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 5773,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5373,0 min tonunu və ya 93,1 faizini tranzit yüklər təşkil edib.

2022-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 205,5 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 57,1 faiz artaraq 9,9 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR