Deputat: “Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur” - VİDEO

Deputat: “Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur” - VİDEO
# 31 may 2022 12:07 (UTC +04:00)

“Əvvəllər hökumətin üzvləri deputatlarla büdcə müzakirələrinə o qədər də açıq deyildilər, artıq vəziyyət dəyişib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

Deputat Zaqatala Hava Limanı ilə bağlı olan problemə də toxunub: “Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur. Bu problemin həll olunması üçün hökumətə müraciət edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR