DGK: "Blockchain" texnologiyası Gürcüstandan nəqliyyat vasitələrinin sürətli keçidini təmin edəcək

DGK: "Blockchain" texnologiyası Gürcüstandan nəqliyyat vasitələrinin sürətli keçidini təmin edəcək
# 19 sentyabr 2019 12:57 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) ilə Gürcüstanın analoji qurumu arasında məlumat mübadiləsi “blockchain” texnologiyası üzərindən aparılır.

"APA-Economics"in xəbərinə görə, bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.

Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi çox uğurlu nəticələr verir ki, bunun nəticəsində DGK ticarətin asanlaşdırılmasını, malların və nəqliyyat vasitələrinin sürətli keçidini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR