Dörd rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Dörd rayonun qaz təchizatında məhdudiyyətlər olacaq
# 09 iyun 2022 16:45 (UTC +04:00)

“Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, 10.06.2022-ci il tarixində saat 08:00-dan 2 iki gün ərzində təmir işləri başa çatanadək “Kövər” QPS-dən qaz təchizatının dayandırılması, həmçinin 10.06.2022-ci il tarixində saat 09:00-dan etibarən 2 gün ərzində təmir işləri başa çatanadək “Bərdə, “Kətəlparaq”, “Tərtər”, “Azadqaraqoyunlu” QPS-lərdən və “Bərdə” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda 11.06.2022-ci il tarixində işin gedişindən asılı olaraq “Ağcabədi” QPS-dən qidalanan Ağcabədi rayonunda təbii qazla təmin olunan əhali və sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranması ehtimalı mövcuddur.

Təmir işləri aparılan müddətdə Tərtər rayonunun qaz təchizatında tam olaraq, Bərdə, Ağdam və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR