Dövlət Dəniz və Liman Agentliyinin sədrinə müavin təyin olunub - FOTO

Dövlət Dəniz və Liman Agentliyinin sədrinə müavin təyin olunub - FOTO
# 22 dekabr 2021 15:06 (UTC +04:00)

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyində yeni təyinat olub.

"APA-Economics"in məlumatına görə, Agentliyin sədr müavini vəzifəsinə Renat Rzayev təyin olunub.

Renat Rzayev 1983-cü ildə anadan olub.

O, 2004-cü ildə Dövlət Dəniz Akademiyasını "Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi" ixtisası üzrə bitirib.

Renat Rzayev 2005 – 2012-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında Baş dövlət bayraq nəzarəti müfəttişi, böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləyib.

2012 – 2015-ci illərdə "Maersk Drilling Services LLC"də Heydər Əliyev adına üzən qazma qurğularında kapitanın baş köməkçisi, kapitan, qurudakı ofisdə dəniz və təhlükəsizlik üzrə məsləhətçi vəzifələrində çalışıb.

Renat Rzayev "Şahdəniz 2" layihəsində BP şirkəti tərəfindən həyata keçirilən layihədə dəniz layihə mühəndisi, Azərbaycan Dəniz Gəmilərinin Təsnifatı Cəmiyyətinin baş direktoru, DNV GL şirkətində dəniz üzrə müşavir – məsləhətçi, Azərbaycan üzrə icraçı menecer vəzifələrində də işləyib.

O, müxtəlif ölkələrdə – İtaliya, Gürcüstan, Bolqarıstan, Rusiya, İran və Türkiyədə təlim və kurslarda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR