Dövlət Komitəsi Bakının Baş Planı üzrə məlumatların 90-95 faizini toplayıb

Dövlət Komitəsi Bakının Baş Planı üzrə məlumatların 90-95 faizini toplayıb
# 02 iyul 2019 12:07 (UTC +04:00)

"Bakı şəhər Baş Planının həyata keçirilməsi üçün bir çox layihələr nəzərə alınmalıdır".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib.

S. Nuriyev qeyd edib ki, Bakı şəhər Baş Planı ilə əlaqədar müxtəlif dövlət orqanları hazırda müxtəlif layihələr həyata keçirir və layihələr planlaşdırır: "Bütün o layihələrin Bakı şəhər Baş Planına daxil edilməsi və gələcəkdə koordinasiyanın həyata keçirilməsi məqsədi ilə ilk növbədə strateji layihələr barədə aidiyyəti dövlət qurumlarına müraciət etdik. Bu layihələrdən bəziləri prioritetləşdiriləcək. Biz onları strateji layihələr adlandırırıq. Bəziləri isə strateji layihələr olmasa belə, Baş Planda qalacaq və o layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. O layihələrin bir hissəsini dövlət proqramları çərçivəsində görürük və o layihələri toplayırıq. Amma eyni zamanda düşünürük ki, dövlət orqanlarının öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi layihələr haqqında daha dolğun məlumata malikdirlər. Ona görə də biz artıq xüsusi formalar tərtib etdik ki, o layihələr haqqında məlumatları toplayaq. Həmin məlumatlar analiz və təhlil olunacaq. Həmin layihələrdən Bakı şəhər Baş Planının həyata keçirilməsi üzrə prioritetlərə cavab verən qismi daha çox strateji və prioritetləşdirilmiş layihələr olacaq".

S. Nuriyev onu da bildirib ki, artıq Komitə Bakı şəhərinin Baş Planı üzrə məlumatların 90-95 faizini toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR