Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə büdcəyə 87,6 mln. manat vəsait daxil olub

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə büdcəyə 87,6 mln. manat vəsait daxil olub
# 21 noyabr 2019 11:23 (UTC +04:00)

Özəlləşdirmənin sürətləndirilməsi və investisiyaların cəlb edilməsi ilə bağlı görülən işlər nəticəsində bu istiqamətdə büdcə daxilolmalarının məbləği artmaqdadır.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2019-cu ilin 11 ayı ərzində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə daxilolmalar 110% icra olunub.

Belə ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə proqnoz 80 milyon manat olsa da, yanvar-noyabr ayları ərzində bu xətt üzrə dövlət büdcəsinə 87,6 milyon manat vəsait daxil olub.

Qeyd olunub ki, 2019-cu il ərzində ümumilikdə 125 hərrac keçirilib. Hərrac iştirakçıları tərəfindən 122 sifariş onlayn formada verilib. Elektron hərrac sistemi ilə 10 iştirakçı hərraca onlayn formada qoşulub.

Cari il ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə sahəsində 4 səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqələri elan edilib və həmin dövlət əmlakları özəlləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR