Dövlət Komitəsi: Qarabağın şəhərsalma planı yekunlaşmaq üzrədir

# 24 may 2022 17:55 (UTC +04:00)

“Qarabağın şəhərsalma planı yekunlaşmaq üzrədir”.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədri Anar Quliyev ADA Universitetində “İtaliya dizayn günü” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan Qarabağda böyük bir regenerasiya prosesini həyata keçirir: “Burada yüzlərlə kənddən söhbət gedir. Lakin minaların olması bizə böyük maneə yaradır. Qarabağda gözəl, “yaşıl şəhərlər” salınacaq. Artıq layihələndirmə işləri hazırdır. İtaliyalı həmkarlarımız da bu fəaliyyətdə bizə yaxından kömək edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR