Dövlət qurumları tərəfindən ötən ay açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Dövlət qurumları tərəfindən ötən ay açılan kibertəhlükəsizlik sorğularının sayı artıb
# 03 sentyabr 2022 13:14 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyul ayı ilə müqayisədə 7,6% artaraq 508 ədəd təşkil edib.

"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, avqust ayı ərzində mərkəzə daxil olan sorğulardan 95,8%-nə baxılıb və təmin edilib.

Məlumata əsasən, avqustda Azərbaycan internet məkanında dövlət qurumlarına aid 9 domen və 12 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 59 hesabat təqdim edilib.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3981 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 41% çoxdur.

Qeyd olunan dövr ərzində ümumi sorğuların 94,8%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 337 hesabat təqdim edilib. Bu ilin ilk səkkiz ayında Azərbaycanın internet seqmentində 40 domen və 111 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR