Dövlət qurumlarının kibertəhlükəsizlik sorğularının sayı artıb

Dövlət qurumlarının kibertəhlükəsizlik sorğularının sayı artıb
# 05 yanvar 2022 11:40 (UTC +04:00)

Ötən ilin dekabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı noyabr ayı ilə müqayisədə 59,8% artaraq 697 ədəd təşkil edib.

"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, dekabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 98,8%-nə baxılıb və təmin edilib.

Məlumata əsasən, dekabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 7 domen və 29 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 38 hesabat təqdim edilib.

Ümumilikdə, 2021-ci il ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 4674 ədəd təşkil edib ki, bu da 2020-ci ilin nəticələri ilə müqayisədə 6,3% azdır. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96,3%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 205 hesabat təqdim edilib. Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın internet seqmentində 61 domen və 144 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR