Dövlət qurumlarının ötən ay açdığı kibertəhlükəsizlik sorğularının sayı azalıb

Dövlət qurumlarının ötən ay açdığı kibertəhlükəsizlik sorğularının sayı azalıb
# 08 iyun 2022 10:32 (UTC +04:00)

Bu ilin may ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı aprel ayı ilə müqayisədə 13% azalaraq 475 ədəd təşkil edib.

"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, may ayı ərzində mərkəzə daxil olan sorğulardan 88,6%-nə baxılıb və təmin edilib.

Məlumata əsasən, mayda Azərbaycan internet məkanında dövlət qurumlarına aid 3 domen və 13 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 32 hesabat təqdim edilib.

Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2287 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 23% çoxdur.

Qeyd olunan dövr ərzində, ümumi sorğuların 95,3%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 136 hesabat təqdim edilib. Bu ilin ilk beş ayında Azərbaycanın internet seqmentində 21 domen və 76 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR