Dövlət rabitə operatorlarının Çağrı mərkəzləri işləməyəcək 

Dövlət rabitə operatorlarının Çağrı mərkəzləri işləməyəcək 
# 14 may 2022 18:18 (UTC +04:00)

"155" çağrı mərkəzinin, o cümlədən "109" məlumat xidmətinin işini təkmilləşdirmək və xidmət keyfiyyətini artırmaq məqsədilə may ayının 14-dən 15-nə keçən gecə saat 01:00-dan 08:00-dək texniki-profilaktik işlər həyata keçiriləcək.

"Baktelecom"dan "APA-Economics" ə verilən məlumata görə, bu müddət ərzində müraciətlərin qəbulu sayt və sosial şəbəkələr üzərindən mümkün olacaq.

"Aztelekom"dan da bildirilib ki, profilaktik işlər qeyd edilən vaxtda müəssisəyə aid "170" Çağrı mərkəzi üzrə də aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR