Dövlət Şəhərsalma və Arxitektura Komitəsi göstərdiyi elektron xidmətlərinin sayını artıracaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi göstərdiyi elektron xidmətlərinin sayını artıracaq
# 30 avqust 2019 13:25 (UTC +04:00)

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təklif etdiyi elektron xidmətlərinin sayını artıracaq. Bunu "APA-Economics"ə Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, cari il üçün Komitənin əsas fokusu tikintiyə icazələrin verilməsi xidmətinin inkişafı olsa da, bundan sonrakı mərhələdə görüləcək işlər olduqca çoxdur.

"Onların sırasında dövlət tikinti reyestrin rəqəmsallaşdırılması və onu elektron şəkildə artıq sistemə salınması. Ümumiyyətlə, GIS sistemlərinin üzərindən müxtəlif sistemlərin qurulması nəzərdə tutulur ki, biz hazırda beynəlxalq təcrübəni öyrənirik və onun üzərində arxitektura qururuq. Bildiyiniz kimi, ölkədə Milli Məkan Sistemi yaradılıb və Komitə onlarla birgə hansı sistemin və harada inteqrasiya olunması üzrə işlər aparır ki, yaxın zamanda yeni xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur", - deyə R. Mahmud qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR