Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi dəyişib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi dəyişib
# 28 yanvar 2023 15:53 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi dəyişib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi kollegiyanın üzvləri sırasına daxil edilib.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri kollegiyanın üzvləri sırasından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR