Dövlət Xidməti: 81 mln. zərərli keçid bloklanıb

Dövlət Xidməti: 81 mln. zərərli keçid bloklanıb
# 01 noyabr 2022 17:49 (UTC +04:00)

Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə bloklanan zərərli keçidlərin sayı açıqlanıb.

Bu barədə “APA-Economics” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.

Qurumların informasiya təhlükəsizliyinin təmini məqsədilə “AzstateNet” dövlət şəbəkəsində 3-cü rüb ərzində 81 mln. zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsi ilə bloklanıb.

Bundan başqa, dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə bloklanan zərərverici virus sayı açıqlanıb.

Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə AzstateNet dövlət şəbəkəsində 3-cü rüb ərzində 873 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi ilə bloklanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR