Dövlət Xidməti: MTK-lar sayğaclara görə mülkiyyətçilərdən pul tələb edib

Dövlət Xidməti: MTK-lar sayğaclara görə mülkiyyətçilərdən pul tələb edib
# 08 iyun 2023 10:39 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə vətəndaş müraciətlərinə baxılıb.

APA-Economics” Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, araşdırmalar zamanı mənzil-tikinti kooperativləri (MTK) ilə alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlərin tələb edilməsi halları müəyyən edilib.

Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.

Dövlət Xidməti tərəfindən MTK-lara mənzillərin alqı-satqısı zamanı müqaviləyə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməməsi və qanunvericiliyin tələblərinə riayət edilməsi barədə bildirişlər göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR