DSK dayanıqlı inkişafla bağlı informasiya portalını təqdim edib

DSK dayanıqlı inkişafla bağlı informasiya portalını təqdim edib
  • Clock-gray 15:38
  • calendar-gray 02 İyul 2019

Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) BMT-nin İnkişaf Proqramı ilə birgə Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının təqdimatını keçirib.

"APA-Economics"in məlumatına görə, portalın istifadəyə verilməsinin əsas məqsədi dayanıqlı inkişafla bağlı ölkə üzrə göstəricilərin təqdim edilməsidir.

Belə ki, istənilən istifadəçi bu portal vasitəsilə lazımi məlumatı əldə edə biləcək. Məsələn, ölkə üzrə qəzalarla bağlı müəyyən göstəriciləri və yaxud yoxsulluqla bağlı məlumat və s. Həmin bu sahələr üzrə dövrləri seçməklə rəqəmlər əldə etmək mümkün olacaq.

Portalının təqdimatında çıxış edə DSK-nın sədri Tahir Budaqov qeyd edib ki, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə milli səviyyədə müxtəlif mənbələrdən əldə olunacaq məlumatların vahid mənbədən yayılması ilə yanaşı, portal milli statistika sistemindən qlobal statistika sisteminə rəsmi statistika məlumatlarının ötürülməsində virtual körpü rolunu oynayacaq.

"Azərbaycan və ingilis dillərində olan bu vahid milli onlayn məlumat mənbəyi dayanıqlı inkişaf məqsədləri sahəsində statistik məlumatlar, baş verən yeniliklər, geniş maarifləndirmə, qabaqcıl təcrübələr, həyata keçirilən dövlət proqramları və müxtəlif tədbirlər barədə ictimaiyyətin, o cümlədən dövlət qurumları, özəl sektor, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyətləri institutları, KİV, regional və beynəlxalq təşkilatları xəbərdar etmək üçün əlverişli informasiya mühiti yaradacaq", - deyə T. Budaqov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date