Dumana görə təxirə salınan Bakı-Naxçıvan aviareysləri barpa olunub - YENİLƏNİB

Dumana görə təxirə salınan Bakı-Naxçıvan aviareysləri barpa olunub - YENİLƏNİB
# 11 yanvar 2022 16:08 (UTC +04:00)

Bakı və Naxçıvan Muxtar Respublikası arasında güclü dumana görə təxirə salınan aviareyslər bərpa olunub və təyyarələr bu istiqamət üzrə hərəkət edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanından “APA-Economics”ə verilən məlumata görə, hazırda sözügedən istiqamət üzrə aviareyslər həyata keçirilməkdədir.

***

09:52

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarənin kapitanı aeroporta qayıtmağa qərar verib.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR