Dünya Bankı: "Orta Dəhliz"dən istifadə Azərbaycan üçün qızıl fürsətdir

Dünya Bankı: "Orta Dəhliz"dən istifadə Azərbaycan üçün qızıl fürsətdir
# 08 dekabr 2022 17:15 (UTC +04:00)

"Orta Dəhliz"in imkanlarından istifadə Azərbaycan üçün qızıl fürsətdir.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Baş qərargahda Makroiqtisadiyyat, ticarət və investisiyalar praktikasının meneceri Antonio Nusifora deyib.

O bildirib ki, Ukraynadakı müharibə, baş verən geosiyasi hadisələr "Orta Dəhliz"lə bağlı böyük imkanlar yaradıb.

"Çinlə Avropa arasında əsas ticarət marşrutu Rusiya üzərindən keçirdi, hazırda isə bu mümkün deyil. Çox güman ki, yaxın gələcəkdə də mümkün olmayacaq. Bu baxımdan alternativ maşrutların araşdırılması istiqamətində ciddi səylər görünür. Dəhlizlər üzrə yönləndirilən yük həcmlərinin mənimsənilməsi çox ciddi bir fürsətdir".

O bildirib ki, Azərbaycan Gürcüstan və Qazaxıstanla əməkdaşlıq gücləndirilməlidir ki, infrastruktura investisiyalar qoyulsun, dəhliz iqtisadi cəhətdən səmərli olsun.

"Eyni zamanda sərhədlərarası yüklərin daşınması, tranzit daşımaları üçün ticarət qaydalarının asanlaşdırılması və sadələşdirilməsi də tələb olunacaq. Bu da əslində Azərbaycan üçün qızıl fürsətdir"- deyə A.Nusifora əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR