EBRD Gəncənin su-kanalizasiya sisteminin yenidən qurulmasını maliyyələşdirə bilər

EBRD Gəncənin su-kanalizasiya sisteminin yenidən qurulmasını maliyyələşdirə bilər
# 18 noyabr 2022 13:25 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncə şəhərində su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsinə maliyyə dəstəyi göstərə bilər.

"APA-Economics" xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla görüşdə EBRD-nin infrastruktur layihələri üzrə baş bankiri Yelena Qordeyeva bildirib.

Y.Qordeyeva Azərbaycanda infrastruktur layihələrində iştirakdan məmnunluğunu vurğulayıb, sudan səmərəli istifadə, kəndlərin su təchizatının yaxşılaşdırılması, tullantı sularının təmizlənərək təkrar istifadəsi və ümumilikdə, su təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqlarını bildirib. O, Gəncədə içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsi ilə maraqlandıqlarını, layihənin davam etdirilməsinə maliyyə dəstəyi göstərə biləcəklərini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR