Eldar Əzizov: "Qəzalı binaların informasiya bankı yaradılacaq"

Eldar Əzizov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

© APA | Eldar Əzizov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

# 28 aprel 2022 13:14 (UTC +04:00)

“Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb”.

APA xəbər verir ki, bunu informasiya agentliklərinə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

BŞİH sədri bildirib ki, qəzalı binaların inventarizasiyası aparılır: “Bu binalar kateqoriyalara bölünəcək. Birinci növbədə informasiya bankını yaratmalıyıq. Daha sonra nəticələr təhlil olunacaq”.

Eldar Əzizov ilkin mərhələdə hansı ərazilərdə qəzalı binaların bərpasının və ya sökülməsinin nəzərdə tutulmasına da aydınlıq gətirib:

“Komissiya bölünüb və Bakının 12 rayonunda da bu inventarizasiya işləri gedir. Ondan sonra dövlət səviyyəsində məsələlər qaldırmalıyıq və müvafiq qaydada bu məsələlərin həllinə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR