Ələsgər Ələkbərov küçəsində hərəkət qismən məhdudlaşdırılır

Ələsgər Ələkbərov küçəsində hərəkət qismən məhdudlaşdırılır
# 29 iyun 2022 17:16 (UTC +04:00)

Sabah (30 iyun tarixində) saat 08:00-dan 3 iyul saat 20:00-dək Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR