Elmir Vəlizadə: "Azərbaycanda rəqəmli hökumətin yaradılması ilə bağlı konsepsiya işlənilir"

Elmir Vəlizadə: "Azərbaycanda rəqəmli hökumətin yaradılması ilə bağlı konsepsiya işlənilir"
# 17 sentyabr 2019 11:58 (UTC +04:00)

"Azərbaycanda rəqəmli hökumətin yaradılması ilə bağlı konsepsiya işlənilir".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "IDC Rəqəmsal Transformasiya Roadshow 2019" adlı tədbirdə çıxış edərkən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu yaxınlarda ölkə başçısı "hökumət bulud"un yaradılması ilə bağlı konsepsiyanı təsdiq etdi və hazırda onun keçid proqramı hazırlanır.

"Söhbət miqrasiya prosesini əhatə edəcək proqramdan gedir. Bildiyiniz kimi, bu gün Azərbaycanda rəqəmli transformasiya prosesi gedir. Digər sahələrdə qəbul olunan sənədlərin də demək olar ki, hamısında məhz rəqəmli transformasiyanın əsas komponentləri öz əksini tapıb. Hesab edirik ki, Azərbaycanın bu istiqamətdə apardığı fəaliyyət tam şəkildə beynəlxalq təcrübəyə uyğundur və biz də bu transformasiyanı həyata keçirməklə ölkəmizin inkişafına xidmət edəcək rəqəmli inkişafımızı təqdim etməklə, həm ölkənin inkişafina nail ola bilirik, eyni zamanda, ətrafımızda olan ölkələrlə layiqli tərəfdaş olduğumuzu nümayiş etdiririk",- deyə E Vəlizadə qeyd edib.

Nazir müavininin dediyinə görə, sentyabrın əvvəlində rəqəmli iqtisadiyatla bağlı BMT-nin Ticarət və İnkişaf Konfransının dərc etdiyi hesabatda göstərilir ki, əgər 2017-ci ildə internet trafikin həcmi təqribən 45,7 min Tbit/s idisə, bu göstərici 2022-ci ilə 4 dəfə artaraq təxminən 150 min Tbit/s-yə çatacaq.

"Bunun da əsas səbəbi, ilk növbədə qlobal şəbəkə istifadəçilərinin sayının artması, eyni zamanda, həyatımıza, fəaliyyətimizə "əşyaların interneti" deyilən vasitələrin daxil olması olacaq. Bu həcm onu göstərir ki, rəqəmli transformasiya ilk növbədə nə qədər sürətli getməlidir, ikincisi nə qədər keyfiyyətli olmalıdır ki, artan tələbata uyğun ola bilsin. Bunu nəzərə alaraq hər birimiz öz fəaliyyətimizdə bu tələbləri almalıyıq ki, ilk növbədə qorunan infrastruktur bu artan tələbata uyğun olan infrastruktur olsun",- deyə nazir müavini bildirib.

E.Vəlizadənin fikrincə, bütün bu proseslərdə rəqəmli transformasiya yeni fəaliyyət növünün formalaşmasında, infrastruktur ilk növbədə əsas rol oynayır və bu baxımdan istifadə olunacaq infrastruktur elə qurulmalıdır ki, qarşıda qoyulacaq məsələləri tam şəkildə yerinə yetirə bilsin.

"Bu baxımdan da hər birimiz çalışmalıyıq ki, ilk növbədə ölkədə müəyyənləşdirilən qlobal siyasətə, yəni milli siyasətə hər bir səviyyədə uyğun olaq, ona riayət edək və onun müəyyənləşdirdiyi istiqamətlərdə fəaliyyətimizi təşkil edək",- deyə E. Vəlizadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR